"Qarabağ"dan sensasiyalı məğlubiyyət
Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ” və “Kəpəz” komandaları üz-üzə gəlib.
Sportlife.az xəbər verir ki, “Azersun Arena”da baş tutan qarşılaşma Gəncə təmsilçisinin 2:0 qələbəsi ilə yekunlaşıb.
Baş hakim Vüqar Həsənlinin idarə etdiyi matçda ilk qolu 24-cü dəqiqədə Ryonosuke Ohori vurub. 55-ci dəqiqədə isə Ehtiram Şahverdiyev fərqi artırıb.
Bu nəticədən sonra Azər Bağırovun kollektivi 12 xalla turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Qurban Qurbanovun kollektivi 36 xalla turnir cədvəlində ikinci pilləsində qərarlaşıb.
Qeyd edək ki, turun bu gün baş tutan digər matçında “Qəbələ” “Şamaxı”nı 4:0 hesabı ilə məğlub edib. İlk oyun günündə isə “İmişli” “Araz-Naxçıvan”la 2:2, “Neftçi” “Zirə” ilə 0:0 hesablı heç-heçə edib. Tura yanvarın 25-də yekun vurulacaq.