“Kəpəz” 24 illik həsrətə son qoydu

  • Bu gün, 17:27

"Kəpəz” “Qarabağ”la çempionat oyunlardakı qələbəsizliyə son qoyub.

Sportlife.az xəbər verir ki, Gəncə klubu Azərbaycan Premyer Liqasının XVII turunun səfər matçında 2:0 hesabı ilə qalib gəlib.

Son qələbəsini 2002-ci il aprelin 6-da, evdə 3:0 hesabı ilə qazanan “Kəpəz” 37 qarşılaşmadan ibarət seriyanı qırıb. Bu, Azərbaycan çempionatlarının yüksək dəstəsində iki komanda arasındakı duellərdə ən uzun qələbəsizlik seriyasıdır. Görüşlərdən 30-da “Qarabağ” qalib gəlib, 7-si heç-heçə nəticələnib.

Təxminən 24 ildən sonra rəqibinə qalib gələn “Kəpəz” 8694 gündən sonra bunu bacarıb. Qərb təmsilçisi “Qarabağ” üzərində son səfər qələbəsini isə 9786 gün əvvəl – 1999-cu il aprelin 10-da əldə etmişdi – 2:0. Sonrakı 24 səfərdə 4 heç-heçə edən qərblilər 20 dəfə məğlub olub.


Paylaş: