Flik: “Hər şey bizdən asılıdır”
"Barselona"nın baş məşqçisi Dieter Flik İspaniya liqasının 21-ci turunda "Oviedo"ya qarşı oyunla bağlı fikirlərini paylaşıb.
Sportlife.az xəbər verir ki, alman mütəxəssis bunları deyib:
“Yenə evdə oynayırıq və bu, yaxşıdır. Həmişə olduğu kimi, hər şey bizdən, matça yanaşmamızdan asılıdır. Son vaxtlar bəzi oyunlara buraxılmış qollarla başlamışıq. Bu dəyişməlidir.
Pau Kubarsi? O, yenicə 19 yaşına çatıb. Bəzi vəziyyətlərdə ən yaxşı oyununu göstərməməsi normaldır, amma onun böyük potensialı var. Mənim üçün Kubarsi İspaniyanın ən yaxşı mərkəz müdafiəçilərindən biridir. O, yaxşıdır və “Start” heyətində yer almağa namizəddir.
Fermin Lopes? O, həmişə oyunun gedişatını dəyişə bilər, biz ondan yalnız öz səviyyəsində olmağı tələb edirik. Lopes oyunda çox təhlükəlidir. Mən ondan topla sakit davranmasını istəyirəm. O, həmişə hücumda şanslar yaradır, eyni zamanda müdafiədə də işləyir"
Barselona 20 oyundan sonra 49 xalla İspaniya liqasında 2-ci yerdədir. “Oviedo” ilə matç bu gün, saat 19:15-də start götürəcək.