"Sabah"da rəsmi ayrılıq

  • Bu gün, 13:32

"Sabah" futbolçusu Ayaz Quliyevlə yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Quliyev 2023-cü ildən "Sabah"da çıxış edirdi. O, bu müddətdə komandanın heyətində 54 oyun keçirib.

A.Quliyevin Rusiyanın "Arsenal" klubuna keçəcəyi gözlənilir.


Paylaş: