"Qarabağ"ın rəqibi fikrini dəyişdi

  • Bu gün, 10:24

"Liverpul"un müdafiəçisi Endryu Robertsonun "Tottenhem"ə transferi uğursuz olub.

Sportlife.az xəbər verir ki, mersisaydlılar şotlandiyalı futbolçuya əvəzedici tapmadıqları üçün keçidə icazə verməyiblər. 

Robertson 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Bu müddət ərzində müdafiəçi bütün turnirlərdə 364 oyunda meydana çıxıb, 12 qol vurub və 68 məhsuldar ötürmə edib. "Transfermarkt"dakı məlumata görə, onun bazar dəyəri 12 milyon avrodur.

Qeyd edək ki, "Liverpul" Çempionlar Liqasının əsas mərhələsinin son turunda evdə "Qarabağ"ı qəbul edəcək. Qarşılaşma yanvarın 29-da keçiriləcək.


Paylaş: