Mahirin komandasına qol vurdu, rekordçu oldu
"Şalke" Almaniyanın 2-ci Bundesliqasının son turunda "Kayzerslautern"lə 2:2 hesablı heç-heçə edib.
Sportlife.az xəbər verir ki, qollardan birini Gelzenkirxen klubunun yeni transferi Edin Ceko vurub.
Debüt matçında fərqlənən bosniyalı forvard qol vurarkən 39 yaş 10 ay 8 günlüyündə olub. Bu, onu 2-ci Bundesliqa tarixində qol vuran ən yaşlı futbolçu edib.
Əvvəlki rekord Helmut Hallerkə məxsus idi.
Qeyd edək ki, "Kayzerslautern"in hücumçusu Mahir Emreli zədə səbəbindən bu görüşdə meydana çıxmayıb.