Fernandeş Runiyə çatdı

  • Bu gün, 10:45

İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted" səfərdə "Arsenal"a 3:2 hesabı ilə qalib gəlib.

Sportlife.az əbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş 2-ci qolda Patrik Dorqaya məhsuldar ötürmə edib. Bu, portuqaliyalı futbolçunun cari mövsümdə 10-cu assisti olub.

Portuqaliyalı oyunçu ardıcıl iki Premyer Liqa mövsümündə 10 məhsuldar ötürmə göstəricisinə çatıb.

Bununla da o, Ueyn Runinin göstəricisini təkrarlayıb.


Paylaş: