"Qarabağ"la oyun öncəsi 5 itki

  • Bu gün, 14:51

UEFA Çempionlar Liqasında Liqa mərhələsinin son turunda “Qarabağ”la qarşılaşacaq “Liverpul” ciddi itkilər yaşayır.

Sportlife.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XXIII turunda “Bornmut”a məğlub olan Arne Slotun kollektivi bu azmış kimi, daha bir oyunçusunu itirib. Belə ki, müdafiəçi Co Qomes 34-cü dəqiqədə zədələnərək əvəzlənib. Onunla yanaşı, müdafiəçilər İbrahima Konate, Konor Bredli, həmçinin hücumçular Aleksander İsak və Federiko Kyeza da zədədən əziyyət çəkirlər və onların da “Qarabağ”la matçı buraxması gözlənilir.

Qeyd edək ki, “Liverpul” – “Qarabağ” oyunu yanvarın 29-da “Enfild Roud”da keçiriləcək.


Paylaş: