Saka məğlubiyyəti şərh etdi

  • Bu gün, 14:29

"Arsenal"ın cinah oyunçusu Bukayo Saka İngiltərə Premyer Liqasının 23-cü turunda "Mançester Yunayted"ə 2:3 hesablı məğlubiyyəti şərh edib.

Sportlife.az xəbər verir ki, futbolçu oyun boyu ən yaxşı performansı göstərdiklərini bildirib:

"Bu, məyusedicidir. Çox vacib matç idi və çox şey bundan asılı idi. Acı məğlubiyyət oldu, amma bir olmalıyıq.

Futbolda qol vurmaq da, buraxmaq da - hər şey sonrakı reaksiyanızdan asılıdır. Əlbəttə ki, 2:0 hesabı ilə qalib gəlməyi istərdik, amma buna nail ola bilmədik. Ümumilikdə, oyunumuzdan o qədər də məmnun deyilik".


Paylaş: