Parxomenko "Qalatasaray"ın oyununda

  • Bu gün, 18:30

Azərbaycan millisinin sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV Kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Hazırda Azərbaycanın kişilərdən ibarət millisinin meneceri kimi çalışan Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq "Qalatasaray" (Türkiyə) – "Allianz MTV" (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.

Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq.

Qeyd edək ki, Yelena Parxomenko daha əvvəl CEV Kubokunun 1/16 final mərhələsinin "THY İstanbul" – "Avarca Menorca" (İspaniya) oyununda iş başında olub.


Paylaş: