Millimiz "Fənərbağça" ilə eyni turnirdə
Martın 14–16-da Azərbaycanın basketbol üzrə U-14 millisi Türkiyənin Yalova şəhərində təşkil olunacaq EVOQ Challenge Cup turnirində iştirak edəcək.
Sportlife.az xəbər verir ki, turnirdə millimizlə yanaşı bir sıra klublar da mübarizə aparacaq.
Yarışda Türkiyəni təmsil edən “Fənərbağça”, “Falkons A”, “Falkons B”, “İstanbul Büyükşəhər Bələdiyəsi”, “Yalova" və “Bursa" komandaları da qüvvərlərini sınayacaq.