Əliyevin komandasından xal itkisi
Albaniya Superliqasında XXVIII turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Vlajniya” ilə qarşılaşıb.
Liderlə görüşdə qalib müəyyənləşməyib - 2:2. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.
"Eqnatiya" hazırda 50 xalla ikinci yerdədir. “Vlajniya”nın 52 xalı var.