Azərbaycanda 2 federasiya birləşdi
Martın 14-də “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.
Sportlife.az xəbər verir ki, Gənclər və İdman Nazirliyində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir, həmçinin Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Qüdrət Qurbanov çıxış edib, ardınca federasiyanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
İclasda “Azərbaycan Yelkən Federasiyası” İctimai Birliyinin “Azərbaycan Su İdmanı Növləri Federasiyası” İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.