"Qarabağ" Kuakunu neçəyə satdı?

  • Bu gün, 15:16

Norveçin "Sarpsborq" klubunun “Qarabağ”ın futbolçusu Kris Kuaku üçün ödədiyi təzminat məbləği müəyyənləşib.

Sportlife.az "Mercatosphera"ya istinadən xəbər verir ki, bu transferə görə Azərbaycan klubuna 300 min avro ödənilib.

Ağdam təmsilçisi 2025-ci ilin yayında Fil Dişi Sahilindən olan yarımmüdafiəçiyə görə Portuqaliya "Mafra"sına məhz bu qədər vəsait ödəmişdi.

Qeyd edək ki, "Sarpsborq" 26 yaşlı Kuaku ilə 2028-ci ilin iyun ayınadək müqavilə imzalayıb.


Paylaş: