“Barselona”dan futbolçusuna yeni müqavilə

  • Bu gün, 15:43

"Barselona" futbolçusu Fermin Lopeslə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2031-ci ilin iyun ayına qədər davam edəcək yeni müqavilə imzalamaq barədə razılığa gəlib.

Fermin Lopezin "Barselona" ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir. O, cari mövsüm bütün yarışlarda 25 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə verib.


Paylaş: