Marselonun oğlu “Real”la müqavilə imzaladı
"Real" keçmiş müdafiəçisi Marselonun oğlu hücumçu Enzo Alveş ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Sportlife.az xəbər verir ki, Enzo Alveş 2024-cü ildən "Real"də oynayır. O, hazırda U-18 komandasında mərkəz hücumçusu kimi çıxış edir. Klub 16 yaşlı futbolçunun potensialını yüksək qiymətləndirir və onu gələcək layihələr üçün perspektivli oyunçu kimi görür.
Alveşin Madrid klubunun uzunmüddətli inkişaf strategiyasının bir hissəsinə çevriləcəyi gözlənilir.