Martinez Avropaya qayıtmaq istəyir
"Əl-Nəsr"in müdafiəçisi İniqo Martinez Avropaya geri qayıtmağa hazırlaşır.
Sportlife.az xəbər verir ki, 34 yaşlı futbolçuya İspaniya klubları ilə yanaşı, Türkiyədən “Başakşeher” və “Beşiktaş” da maraq göstərir.
“Əl-Nəsr”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan İniqo özü də Avropada oynamağı planlaşdırır.
Martinez karyerası ərzində “Real Sosyedad”, “Atletik”(Bilbao) və “Barselona”da oynadıqdan sonra 2025-ci ildə Səudiyyə Ərəbistanına yollanmışdı.