MY-nin futbolçusu 10 həftəlik sıradan çıxıb
"Mançester Yunayted”in yarımmüdafiəçisi Patrik Dorqu zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.
Sportlife.az xəbər verir ki, danimarkalı futbolçu budun arxa əzələsindən aldığı zədə üzündən təxminən 10 həftə oynaya bilməyəcək.
Dorqu bazar günü “Arsenal”a qarşı keçirilən oyunda uzaq məsafədən baxımlı qolla komandasını hesabda önə çıxarıb. Ancaq qısa müddət sonra zədə səbəbindən əvəzlənib. Epizod zamanı futbolçu sıçrayan topa çatmağa çalışarkən tarazlığını itirib və yerə yıxıldıqdan sonra arxa bud nahiyəsində ağrı hiss edib. Onu Benjamin Şeşko əvəzləyib.