“Fənərbaxça”nın yeni hədəfi

  • Bu gün, 18:08

Türkiyənin "Fənərbaxça" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportlife.az xəbər verir ki, İstanbul nəhəngi "Palmeyras"da çıxış edən Xose Manuel Lopesi transfer etmək istəyir. Bu barədə Braziliya mətbuatı məlumat yayıb.

"Fənərbaxça" argentinalı forvard üçüün Braziliya klubu ilə danışıqlara başlayıb. Türkiyə klubunun planı 25 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, "Palmeyras" Xose Manuel Lopesi 2022-ci ilin yayında "Lanus"dan transfer edib. Argentina millisinin üzvü Braziliya klubunun heyətində meydana çıxdığı 183 rəsmi matçda 59 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: