“Bayer” yeni qapıçı transfer edib
"Bayer” heyətini yeni qapıçı ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, Bundesliqa klubu Mönhenqladbax “Borussiya”sının qolkiperi Yonas Omlinlə anlaşıb.
Leverkuzen təmsilçisi 32 yaşlı isveçrəli futbolçunu bu mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Omlin bu mövsüm meydana çıxmayib. İsveçrə millisinin üzvü 2023-cü ildən “Borussiya”da oynayır. O, ümumilikdə 36 oyunda iştirak edib və 63 qol buraxıb.