Kənan Yıldıza yeni müqavilə təklif olunacaq

  • Bu gün, 17:25

"Yuventus” türkiyəli vingeri Kənan Yıldızla yeni müqavilə üzərində danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, Tərəflər sözləşmənin müddətini 2031-ci ilə qədər uzatmaq üzrə razılığa yaxınlaşırlar. 20 yaşlı futbolçunun yeni müqavilədə illik 6 milyon avro qazancı nəzərdə tutulub. Hazırda onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Kənan Yıldız cari mövsümdə 21 oyuna çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə verib.


Paylaş: