Laporta gözləntilərini açıqladı
"Barselona"nın prezidenti Joan Laporta komandanın 2025/26 mövsümü üçün hədəflərini açıqlayıb.
Sportlife.az xəbər verir ki, Laporta gözləntilərinin çox olduğunu bildirib:
"Bu mövsüm əsas məqsəd sona qədər qatıldığımız hər yarışda qalmaq və mümkün qədər çox qələbə qazanmaqdır. Buna görə də İspaniya Super Kubokunu qazandıqdan sonra Kral Kubokunda qalmağa, La Liqada yaxşı çıxış etməyə davam etməyə və Çempionlar Liqasının 1/8 finalına birbaşa vəsiqə qazanmağa ümid edirik. Uğursuz olsaq, pley-offa vəsiqə qazanacaq və addım-addım irəliləyəcəyik. Məqsəd, keçən ildən daha yaxşı bir mövsüm keçirməkdir".
"Barselona" Çempionlar Liqasında 7 oyundan 13 xal toplayıb və 11-ci yerdədir. İspaniya liqasında isə 21 turdan sonra 52 xalla vahid liderdir.