Sabiq klubuna qayıtdı
Temmi Abraham Türkiyənin "Beşiktaş" klubundan "Aston Villa"ya keçib.
Sportlife.az xəbər verir ki, 28 yaşlı hücumçunun transfer qiyməti 21 milyon avro olub.
Bu mövsüm o, "Beşiktaş"da 26 oyunda 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Abraham əvvəllər 2018/19 mövsümündə icarə əsasında "Aston Villa"da oynayıb və komandanın Premyer Liqaya yüksəlməsinə kömək edib. O, həmçinin "Çelsi", "Roma" və "Milan"da da çıxış edib.