"Qarabağ" Liverpul səfərində
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda İngiltərənin "Liverpul" klubu ilə üz-üzə gələcək.
Sportlife.az xəbər verir ki, qarşılaşma "Enfild" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Xatırladaq ki, Mersisayd təmsilçisi hazırda 15 xalla 4-cü pillədə qərarlaşıb. "Qarabağ" 10 xalla 18-ci sıradadır.