"Tottenhem"in 2 futbolçusu qəzaya düşdü
"Tottenhem"in 2 futbolçusu Randal Kolo-Muani və Vilson Odober yüngül avtomobil qəzasına düşüb.
Sportlife.az xəbər verir ki, qəza avtomobilin təkərinin partlaması səbəbindən baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki oyunçu özünü yaxşı hiss edir və komanda ilə birlikdə Çempionlar Liqasının "Ayntraxt"la matçı üçün Frankfurta yollanıb.
Qeyd edək ki, qarşılaşma bu gecə saat 00:00-da başlayacaq.