Premyer Liqa klubundan rəsmi transfer
"Vest Hem" "Fulhem"dən Adama Traoreni heyətinə qatıb.
Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu üçün 2,3 milyon avro təzminat ödənilib.
"Barselona"nın yetirməsi olan Traore daha əvvəl də "Aston Villa"da çıxış edib.
O, İspaniya millisində 8 oyun keçirib və yığma ilə AVRO-2020-nin yarımfinalına yüksəlib.