Kaşukun müştəriləri artır
“Qarabağ”ın yarımmüdafiəçisi Aleksey Kaşuk tezliklə Azərbaycanı tərk edə bilər.
Sportlife.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu bir neçə ölkədən təkliflər alıb.
Ukraynanın gənclər millisinin sabiq üzvü ilə ən çox maraqlananlar ölkəsi Ukrayna klublarıdır. Lakin Kaşuk müharibə şəraiti ilə əlaqədar ölkəsinə qayıtmağı planlaşdırmır. Polşa, İsrail, Macarıstan təmsilçilərinin də Kaşukun durumunu izlədikləri bildirilir.
Hücumameyilli oyunçu Ağdam klubunda əsas heyət üzvü olmadığından, ayrılmağın əleyhinə deyil. Lakin o, hələ ki, tələsmək istəmir. Kaşuku bu ay transfer etmək istəyən klublar olsa da, futbolçu mövsümün sonuna qədər gözləməyin tərəfdarıdır. Fikrini dəyişib-dəyişməməsi isə gələcək təkliflərdən asılıdır.
Qeyd edək ki, Aleksey Kaşukun “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.