Rza niyə "Qəbələ"ni seçdi?

  • Bu gün, 17:56

"İllər sonra yenidən bu meydanda məşq etmək və bu komandanın şərəfini qorumaq mənim üçün çox xoşdur".

Sportlife.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Rza Cəfərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Neftçi"dən icarəyə götürülən qapıçı "qırmızı qaralar"a qayıtdığı üçün xoşbəxt olduğunu bildirib: "Başqa klublardan da təkliflərim var idi. Lakin "Qəbələ" mənə daha doğma gəldiyi üçün buranı seçdim. Gənc bir futbolçu kimi inanıram ki, bu klubun bazası, meydanları və peşəkar məşqçi heyəti inkişafımda mühüm rol oynayacaq".

Cəfərov azarkeşlərə müraciət edərək, onlara səbirli olmağı tövsiyə edib: "Bura gəlməmişdən əvvəl azarkeşlərdən çoxlu dəstək mesajları alırdım. Buna görə hər birinə təşəkkür edirəm. İnanıram ki, hər şey yaxşı olacaq və komandamız qələbələrlə azarkeşləri sevindirəcək".

Qeyd edək ki, "Qəbələ" Rza Cəfərovu mövsümün sonuna qədər "Neftçi"dən icarəyə götürüb. Qapıçının paytaxt klubu ilə müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonunadək nəzərdə tutulub.


Paylaş: