"Ayntraxt"la oyunu buraxacaq
"Tottenhem"in müdafiəçisi Pedro Porro bud əzələsindən aldığı zədə səbəbindən dörd həftəlik sıradan çıxıb.
Sportlife.az xəbər verir ki, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 23-cü turunda "Bernli" ilə oyunda (2:2) zədələnib. Buna görə də o, Çempionlar Liqasının 8-ci turunda "Ayntraxt"la oyunu buraxacaq.
Porro bu mövsüm bütün turnirlərdə 34 oyun keçirib və beş məhsuldar ötürmə edib.