Medina və Silva "sarı" limitində

  • Bu gün, 16:10

"Qarabağ"ın 2 futbolçusu UEFA Çempionlar Liqasında cəzalı duruma düşə bilər.

Sportlife.az xəbər verir ki,Kevin Medina və Mateus Silva Liqa mərhələsinin sonuncu - VIII turunun "Liverpul"la oyununda sarı vərəqə görsələr, pley-off raundunun ilk matçını buraxacaqlar. Təbii ki, növbəti mərhələyə yüksəlmək üçün Azərbaycan çempionu ilk "24-lük"dəki yerini qorumalıdır.

Hər 2 müdafiəçi Liqa mərhələsində artıq 2 dəfə sarı vərəqə alıb.

Qeyd edək ki, "Liverpul" – "Qarabağ" matçı bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Paylaş: