"Qarabağ"ın sabiq qapıçısı II Liqada

  • Bu gün, 17:08

II Liqa klubu “Xankəndi” heyətini “Qarabağ”ın sabiq futbolçusu ilə gücləndirib.

Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi Qurban Məhərrəmovu transfer edib.

Qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Daha əvvəl “Qarabağ”ın əvəzedicilərində çıxış etmiş qapıçının son klubu “Şəki Siti” olub.

Qeyd edək ki, "Xankəndi” hazırda turnir cədvəlində 39 xalla 2-cidir.


Paylaş: