Məşhur stadionun tutumu artırılır

  • Bu gün, 18:13

"River Pleyt" "Monumental" stadionunun təmir planlarını açıqlayıb.

Sportlife.az xəbər verir ki, arenanın tutumu 101 min oturacağa qədər artırılacaq. Dam örtüyü də quraşdırılacaq.

Təmirdən sonra stadion dünyanın ikinci ən böyük arenası olacaq. İşlər aprel ayında başlayacaq və ən azı 36 ay çəkəcək. Stadionun 2029-cu ilə qədər hazır olacağı gözlənilir. Klub, həmçinin tikinti işlərinin idman tədbirlərinə mane olmayacağını bildirib.

"River Pleyt" təmirə 100 milyon dollardan çox pul xərcləyəcək.


Paylaş: