Hasan Şaş "Qarabağ"a inanır

  • 31 Yanvar 2026, 14:54

Türkiyəli mütəxəssis Hasan Şaş Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Nyukasl” cütündən danışıb.

Sportlife.az xəbər verir ki, keçmiş futbolçu şansların bərabər olduğunu vurğulayıb:

“Nyukasl” ən çətin oyunlarını keçirəcək. Çünki pley-offdur və 180 dəqiqəlik oyundur. Hamı bütün gücünü qoyur. “Qarabağ” çox qaçan, mübarizə aparan komandadır. Bakıdakı oyun daha ağır olacaq. Şansları bərabər hesab edirəm. Liqa mərhələsi deyil, hər iki tərəf oyunu 180 dəqiqə kimi görəcək, bəlkə də, əlavə vaxta gedəcək”.

“Qarabağ” “Nyukasl”la ilk oyunu fevralın 18-də Bakıda keçirəcək. Cavab görüşü fevralın 24-də İngiltərədə olacaq.


Paylaş: