Yığmamız özbəklərə qalib gəldi
Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununda qələbə qazanıb.
Sportlife.az xəbər verir ki, komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığmasını 3:2 hesabı ilə məğlub edib.
U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar.
Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.