Asif Məmmədov "Xankəndi"də
“Xankəndi” heyətini yeni müdafiəçi ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, son klubu “Cəbrayıl” olan Asif Məmmədovla mövsümün sonuna kimi müqavilə imzalanıb.
Xatırladaq ki, hazırda 2-ci liqanın turnir cədvəlində 39 xalla 2-ci yerdə qərarlaşan "Xankəndi" daha əvvəl Rauf Məhərrəmov, Qurban Məhərrəmov, Elvin Nəsibov və Əli Mürsəlovu sıralarına qatıb, Zaur Hacıyevi isə baş məşqçi təyin edib.