Nəsridən Afrika Futbol Konfederasiyasına sərt tənqid
Fransa millisinin keçmiş yarımmüdafiəçisi Samir Nəsri Afrika Futbol Konfederasiyasının (CAF) Millətlər Kubokunun Mərakeşə verilməsi qərarına münasibət bildirib.
Sportlife.az xəbər verir ki, qərarın müəmmalı olduğunu bildirib:
"Əgər Afikra Futbol Konfederasiyası (CAF) matçın axşamı və ya ertəsi gün açıqlama versəydi, başa düşərdik, amma bu... Bunu 2035-ci ildə yenidən edəcəklərmi? Bu, gülüncdür: seneqallılar kubokla evə qayıtdılar, qeyd etdilər və ziyafət təşkil etdilər - indi nə edəcəklər? Düzünü desəm, bu, CAF-ın növbəti dəfə nüfuzdan salınmasıdır".
Qeyd edək ki, CAF Seneqalın əvəzinə finalda uduzan Mərakeşi çempion elan edib.