“Real”dan futbolçusuna yeni təklif
"Real” 33 yaşlı müdafiəçisi Antonio Rüdigerlə əməkdaşlığı davam etdirmək niyyətindədir.
Sportlife.az xəbər verir ki, həm klub, həm də futbolçu əməkdaşlığı davam etdirməkdə maraqlıdır. “Real” müdafiədə ən azı bir təcrübəli oyunçuya ehtiyac duyur, çünki David Alabanın komandadan ayrılmaq ehtimalı yüksəkdir.
Almaniyalı futbolçu 2022-ci ildən “Real”ın şərəfini qoruyur. O, cari mövsümdə bütün turnirlərdə 17 oyuna çıxıb və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.