Asim Xudiyev UEFA-dan təyinat alıb

  • Bu gün, 14:38

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələ oyunlarının hakim-inspektoru olacaq.

Xudiyev B Liqasının 5-ci qrupunda Niderland, Şimali Makedoniya, Moldova və Farer adaları milliləri arasında keçiriləcək matçlarda fəaliyyət göstərəcək.

Qrupun qarşılaşmaları 25-31 mart aralığında Niderlandda təşkil olunacaq.


Paylaş: