Amorimin yeni iş yeri bəlli oldu
"Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorim karyerasını ölkəsində davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, hazırda “Benfika” onun xidmətində maraqlıdır. Lissabon təmsilçisi gənc məşqçi ilə danışıq aparır. O, DÇ-2026-dan sonra “Benfika”nı tərk edəcək Joze Mourinyonu əvəzləyəcək.
Lakin burada əsas problem Amorimin əvvəllər "Benfika"nın əzəli rəqibi olan "Sportinq"də çalışması ola bilər.
Klub rəhbərliyi azarkeşlərin təyinata etiraz edə biləcəyindən ehtiyat etsə də, bunun reallaşmasına can atır.