Kamavinqa “Real”dan ayrılır?
"Real”ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yay transfer dövründə İngiltərəyə köçə bilər. Fransalı futbolçu madridlilərin əsas heyətində daim yer almır və klub onun satış variantını nəzərdən keçirməyə hazırdır.
Sportlife.az xəbər verir ki, hazırda Kamavinqa uğrunda mübarizədə “Liverpul” ön sıralardadır. Bundan əlavə, “Mançester Yunayted” və “Çelsi” də onun transferində maraqlıdır.
23 yaşlı yarımmüdafiəçi “Real”dan ayrılacağı təqdirdə, daha çox UEFA Çempionlar Liqasında çıxış edən kluba üstünlük verəcək.