Mbappe derbidə oynayacaq?

  • Bu gün, 14:34

“Real”ın hücumçusu Kilian Mbappe zədədən sonra ilk dəfə start heyətində meydana çıxmağa hazırlaşır.

Sportlife.az xəbər verir ki“kral klubu”nun baş məşqçisi Alvaro Arbeloa Mbappeni qarşıdakı derbidə – “Atletiko” ilə matçda ilk dəqiqələrdən meydanda görmək niyyətindədir.

Fransalı hücumçu dizindəki problem səbəbindən beş oyunu buraxmışdı. O, ötən günlərdə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Siti” ilə keçirilən cavab matçında sonradan oyuna daxil olmuşdu. Onun komandası həmin oyunda 2:1 hesabı ilə qalib gəlmişdi.

Mbappe cari mövsümdə “Real” forması ilə 34 oyunda 38 qol vurub və 6 məhsuldar ötürmə verib.

27 yaşlı forvard Fransa millisinin bu ay Braziliya və Kolumbiya yığmaları keçiriləcək yoxlama oyunları üçün dəvət alıb.


Paylaş: