Mbappe Messini keçdi

  • 17 Aprel 2026, 12:35

İspaniyanın “Real" komandasının futbolçusu Kilian Mbappe növbəti tarixi nailiyyətə imza atıb.

Sportlife.az xəbər verir ki, fransalı hücumçu UEFA Çempionlar Liqası tarixində ən gənc yaşda 70 qol həddinə çatan altıncı futbolçu olub. Bu göstərici ilə Mbappe dünya futbolunun əfsanələrindən biri olan Lionel Messiyə məxsus rekordu yeniləyib. Belə ki, Messi uzun müddət Çempionlar Liqasında 70 qola ən gənc yaşda çatan oyunçu kimi liderliyini qoruyurdu.

Statistikaya əsasən, Mbappe bu həddə 27 yaş 116 günlüyündə çatıb. Messi isə 70-ci qolunu 27 yaş 134 günlüyündə vurub.


Paylaş: