Renat Dadaşova şans verilmədi

  • Bu gün, 13:12

Polşa çempionatında XXIX turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Motor" səfərdə "Katovitse"nin qonağı olub. 5 qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb. 

Renat Dadaşov əvvəldən sona kimi ehtiyatda qalıb. 

Qeyd edək ki, ardıcıl 3-cü matçda qələbəyə həsrət qalan "Motor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komandanın aktivində 39 xal var. 


Paylaş: