"Çelsi"də yeni müqavilə

  • Bu gün, 17:55

İngiltərənin "Çelsi" komandası futbolçusu Moyses Kaysedo ilə müqaviləni yeniləyib.

Sportlife.az klubun rəsmi saytına istinadla xəbər verir ki, ekvadorlu yarımmüdafiəçi ilə sözləşmənin müddəti 2033-cü ilin iyun ayına qədər uzadılıb.

"Çelsi"yə 2023-cü ilin yayında "Brayton"dan keçən Kaysedo London təmsilçisi ilə UEFA Konfrans Liqası və Klublararası Dünya Çempionatının qalibi olub. O, İngiltərə klubunun heyətində ümumilikdə 140 oyun keçirib.


Paylaş: