Azərbaycan çempionatında ilk yarımfinalçı

  • Bu gün, 16:50

"Abşeron Layns" Azərbaycan Basketbol Liqasının yarımfinalına vəsiqə qazanıb.

Sportlife.az xəbər verir ki, komanda buna 1/4 finalın 2-ci oyununda "Şəki"ni məğlub etməklə nail olub.

Şəki Olimpiya İdman Kompleksində reallaşan qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə də "Abşeron Layns" üstün olub - 109:78.

Günün 2-ci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" ilk dueldən qalib ayrılıb - 106:74.

Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.

Bu cütlərdə 3-cü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda 2 qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.


Paylaş: