Premyer Liqada qalsalar...

  • Bu gün, 14:50

"Bornmut"un müdafiəçisi Markos Senesi karyerasını "Tottenhem"də davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, London klubu mövsümün sonunda Premyer Liqadakı yerini qoruyub saxlaya bilsə, keçid mümkün olacaq. Digər klubların da 28 yaşlı argentinalı oyunçu ilə maraqlandığı bildirilir.

Senesi 2022-ci ilin yayından "Bornmut"da çıxış edir. Bu mövsüm o, bütün yarışlarda 33 oyunda iştirak edib və dörd məhsuldar ötürmə edib.


Paylaş: