Alaba "Real"ı tərk edir
"Real"ın müdafiəçisi David Alaba bu yay klubdan ayrılacaq.
Sportlife.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrizio Romano verib.
33 yaşlı avstriyalı futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatır. Hazırda o, digər klublarla danışıqlar aparmaqda sərbəstdir.
Alaba 2021-ci ilin yayından "Real"da çıxış edir. Bu mövsüm 13 oyunda meydana çıxıb və qol vurmayıb. Müdafiəçi əvvəllər "Bavariya" və "Hoffenhaym"da oynayıb.