Tramp administrasiyası İran millisini gözləyir

  • Bu gün, 15:32

Tramp administrasiyası İran milli komandasının dünya çempionatı üçün ABŞ-yə səfər etməsini gözləyir.

Sportlfie.az xəbər verir ki, Ağ Evin turnir üzrə işçi qrupunun rəhbəri Endryu Culiani yığmanın iyunun 10-dək ABŞ-yə gəlişinin gözlənildiyini bildirib.

Komanda Arizona ştatının Tuson şəhərində yerləşəcək, daha sonra Yeni Zelandiya və Belçika ilə oyunlar üçün Los-Ancelesə gedəcək, ardınca isə Misirlə qarşılaşmaq üçün Sietlə səfər edəcək.

Culiani həmçinin bildirib ki, onun işçi qrupu mundial başlamazdan əvvəl İran və Puerto Riko arasında yoldaşlıq oyunu keçirməyə ümid edir.

DÇ-2026 11 iyundan 19 iyula qədər davam edəcək.


Paylaş: