Millimiz yenə uduzdu

  • Bu gün, 15:57

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununa çıxıb.

Sportlife.az xəbər verir ki, Həbib Ağayevin rəhbərlik etdiyi kollektiv Gürcüstan yığması ilə qarşılaşıb.

Xorvatiyanın Luçko şəhərində keçirilən matç rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da millimiz seçmə mərhələdə çıxışını başa vurub.

Qeyd edək ki, Azərbaycan yığması qrupda keçirdiyi əvvəlki görüşlərdə Xorvatiyaya 0:6, Çexiyaya 0:9 hesabı ilə məğlub olub.


Paylaş: