"Arsenal"da ciddi itki

  • Bu gün, 11:47

"Arsenal"ın hücumçusu Ebereçi Eze zədə səbəbindən 4-6 həftə oynaya bilməyəcək.

Sportlife.az xəbər verir ki, 27 yaşlı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bayer"lə cavab oyununda baldırından zədə alıb. O, "Mançester Siti"yə 0:2 hesabı ilə uduzduqları İngiltərə Liqa Kubokunun finalını buraxıb. Forvard bu ay keçiriləcək yoldaşlıq oyunları üçün İngiltərə millisinin heyətinə daxil edilməyib.

Eze zədənin dərəcəsini müəyyən etmək üçün bu həftə son dəfə tibbi müayinədən keçəcək.

Bu mövsüm hücumçu 43 oyun keçirib, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.


Paylaş: